• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda mobil rabitə tarifləri artacaqmı?

Azərbaycanda mobil rabitə tarifləri artacaqmı?
27.02.2015 19:08
Əgər Azercell Telekom tərəfindən həyata keçirdiyi xidmətlərinə görə hər hansı bir qiymət dəyişikliyi olarsa, ictimaiyyət bu barədə əvvəlcədən məlumatlandırılacaqdır. Hal-hazırda bu məsələ ilə bağlı şirkətin başqa heç bir şərhi yoxdur.

Bu barədə Azercell Telekom-un mətbuat xidmətindən Oxu.Az-ın manatın ucuzlaşması danışıq tariflərinin artmasına səbəb ola bilərmi sualını şərh edərkən bildirdilər.

Öz növbəsində məsələ ilə bağlı Azerfon MMC (Nar Mobile ticarət nişanı) şirkətinin də mövqeyni öyrəndik.

"Manatın devalvasiyasının mobil rabitə bazarına təsirindən danışsaq qeyd etməliyik ki, İndiki vəziyyətdə hər hansı bir bəyanatla çıxış etmək tezdir, çünki bu dəyişikliyin səbəbilərini anlamaq və təsirləri araşdırmaq lazımdır.

Lakin böyük ehtimalla qeyri-müəyyən iqtisadi vəziyyət və yüksək inflyasiya olarsa, müştərilər qısa müddət üçün olsa da belə, mobil rabitə xərclərini dəyişəcəklər” - deyə, şirkətin media əlaqələri üzrə mütəxəssisi Ceyhun Ələkbərov bildirdi.

Ceyhun Ələkbərovun sözlərinə görə, dəyən təsirləri araşdırdıqdan sonra alternativ addımlar atılacaq:

"Bizim xərclərimizin böyük əksəriyyəti artıq manatla müəyyən edilib. Hazırda hansı təsirlərə məruz qala biləcəyimiz barədə ehtimallar edirik. Hansı təsirlərlə üzləşəcəyimizi daha dəqiq anladıqdan sonra, alternativ variantlar üzərində çalışacağıq”.

Hazırda isə "Azerfon”  (Nar Mobile) tariflərin qaldırılması məsələsini nəzərdən keçirmir - deyə, şirkətin nümayəndəsi bildirdi.    

Azərbaycanın daha bir mobil rabitə operatoru olan Bakcell şirkətindən məsələ ilə bağlı bildirdilər ki, hal-hazırda tariflərin bahalaşacağı ilə bağlı heç bir məlumat yoxdur:

"Hər hansı dəyişiklik baş verərsə Bakcell-in rəsmi internet səhifəsində və kütləvi informasiya vasitələrində bu məlumat təqdim olunacaq”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol