• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan daha üç gəminin tikintisinə başlayacaq

Azərbaycan daha üç gəminin tikintisinə başlayacaq
13.04.2015 19:10
2016-cı ilin may ayına kimi Bakı Gəmiqayırma Zavoduna sifariş verilmiş 3 ədəd sərnişin gəmisinin təhvil alınması planlaşdırılır.

Oxu.Az xəbər verir ki, bu sözləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev 2014-cü ilin yekunlarına həsr olunmuş iclasda bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə cəmiyyətin daxili imkanları hesabına və dövlətin dəstəyi ilə 1 tanker, 3 təchizat və yedək, 2 quru yük gəmisinin alınıb və Bakı Gəmiqayırma Zavoduna 3 sərnişin gəmisinin tikintisi sifariş olunub.

Cəmiyyətin sədri növbəti illərdə həyata keçirilməsi planlaşdırılan məsələlərə də toxunub:

"Bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin qarşısında duran əsas məqsəd strateji inkişaf istiqamətinin və "Azərbaycan Respublikasında Gəmiçiliyin 2015-2020-ci illərdə inkişafına dair Dövlət proqramı”nın təsdiqi, Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi sahəsində beynəlxalq İSO sertifikatlarının alınmasıdır. Tikinti sahəsində də müəyyən işlər görməliyik.

"Zığ” Gəmi Təmiri Zavodunun tikintisinin 2-ci mərhələsini başa çatdırmalıyıq. Donanmanın yenilənməsinə gəlincə isə 2016-cı ilin may ayına kimi Bakı Gəmiqayırma Zavoduna sifariş verilmiş 3 ədəd sərnişin gəmisinin təhvil alınması və "Gəmiçiliyin 2015-2020-ci illərdə inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan gəmilərin tikintisinə başlanılması planlaşdırılır”-  deyə, Rauf Vəliyev bildirdi.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol