• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya gələn avtomobillərin saxlanılacağı ünvanlar açıqlandı

Bakıya gələn avtomobillərin saxlanılacağı ünvanlar açıqlandı
29.05.2015 12:17
 "İlk Avropa Oyunlarının keçiriləcəyi dövrdə rayonlardan gələn avtomobillərin Bakı şəhərinə daxil olmasına qadağa qoyulmayıb, sadəcə istiqamət dəyişdirilib". 

Bu barədə "Report"a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən (BŞBDYPİ) məlumat verilib.

BŞBDYPİ bildirib ki, paytaxt ərazisində sıxlığın və tıxacların yaranmaması üçün iyunun 1-dən şəhərin giriş qapılarında istiqamətlər dəyişdiriləcək: "Birinci Avropa Oyunları iştirakçılarının, idmançıların və sakinlərin təhlükəsziliyinin təmin olunması məqsədi ilə bölgələrdən gələn sürücülərin avtomobillərini saxlamaları üçün şəhərin giriş istiqamətlərində şərait yaradılıb. Bakı-Sumqayıt yolundan istifadə edənlərə Ər-Riyad ticarət mərkəzinin həyətində, Şamaxı istiqamətindən gələnlərə Müşfiq postunun yaxınlığında, Bakı-Kürdəmir və Bakı-Astara istiqamətlərindən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də sahə ayrılıb, hər cür şərait yaradılıb. Ümumilikdə 8 hektar ərazi ayrılıb. Avtomobillər həmin ərazilərdə nəzarət olunmaqla park olunacaq və ayrılmış ekspress avtobuslar və marşrutlar vasitəsi ilə hər kəs şəhərə daxil ola biləcək".

Məlumatda qeyd olunub ki, Sumqayıt istiqamətindən hər gün Bakıya 60 min insan gəlir: "Sumqayıtdan və digər istiqamətlərdən Bakıya daxil olan insanların daşınması və mənzil başına çatdırılması üçün görülən tədbirlər artıq yekunlaşıb".

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol