• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 26% azalıb

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 26% azalıb
29.05.2020 04:46
Ticarət dövriyyəsindəki azalma ixrac hesabına baş verib

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 26,3% azalaraq 2015-ci ilin yanvar-may ayları ərzində 4 446,1 mln. ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsindəki azalma ixrac hesabına baş verib. Hesabat dövründə ixrac 33,25% azalaraq 3 303,6 mln. dollar, idxal isə əksinə 5,4% artaraq 1 142,5 mln. dollar olub.

Komitənin açıqladığı hesabata əsasən, Azərbaycandan cəmi ixracın 62,54%-i, məcmu idxalın isə 28,09%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.

Hesabat dövründə Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixracın 1 244,2 mln. dolları və ya 37,7%-i İtaliyaya həyata keçirilib. Bildirək ki, İtaliyaya ixracda illik 47,32% azalma qeydə alınıb. İdxal isə əksinə 2,2 dəfə artaraq cari ilin ilk beş ayı ərzində 201,1 mln. dollara yüksəlib. 

Qeyd edək ki, 2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan 133 ölkə ilə 9 350 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,01% azalma müşahidə edilib. İdxal illik 15,91% artaraq 4 067,8 mln. dollar, ixrac 44,28% azalaraq 5 282,2 mln. dollar təşkil edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol