• $
  • €
  • ₽
  • ₺
  • £

"PKK və İŞİD Cənub Qaz Dəhlizinin gələcəyinə təsir göstərməyəcək"

"PKK və İŞİD Cənub Qaz Dəhlizinin gələcəyinə təsir göstərməyəcək"
29.05.2020 08:14
Türkiyədə iki gündə baş verən partlayışlar, onun qaz və neftin tranzit ölkəsi kimi rolunu sarsıda bilər, lakin Avropa Birliyinin də dəstəklədiyi Cənub Qaz Dəhlizinin (CQD) gələcəyinə təsir göstərməyəcək.
 
"Report"un "New Europe" saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin "Botaş" şirkətinin sabiq baş direktoru Gökhan Yardım Türkiyədə ard-arda neft və qaz kəmərlərində baş verən partlayışların nəticəsini analiz edərkən bildirib.

"İranın qaz və İraqın neft boru xəttindəki partlayışlar Türkiyənin tranzit ölkə kimi rolunda sual işarəsi yaradacaq. PKK ilə sülh prosesi dayandıqdan sonra terror aktları Türkiyəyə qarşı yenidən başlayıb. Ümid edirəm ki, Türkiyə hökuməti bütün tranzit boru xətlərini terror aktlarından qorumaq üçün zəruri tədbirlər görəcək", - G.Yardım əlavə edib.

Qeyd edək ki, bu iki partlayışla bağlı Türkiyə NATO-nun fövqəladə iclasını keçirib. İttifaq bildirib ki, terror qlobal təhlükədir: "Onun nə sərhədi, nə milliyyəti, nə də dini var və beynəlxalq ictimaiyyət buna qarşı birgə mübarizə aparmalıdır".

Türkiyə Mərkəzi Asiyanı Avropaya və Orta Şərqə bağlayan mühüm enerji mərkəzidir. CQD Xəzər dənizinin qazını bir sıra boru kəmərləri vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. CQD ilkin olaraq Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinin bir hissəsi kimi buraxılıb, yəni Azərbaycanın Səngəçal terminalını Gürcüstan vasitəsilə Türkiyənin cənubu ilə birləşdirəcək. O, daha sonra Türkiyə-Yunanıstan sərhədində üçüncü boru xətti - Trans-Adriatik (TAP) boru xəttinə birləşərək Trans-Anadolu boru xəttinə (TANAP) qoşulacaq.

G.Yardım daha sonra əlavə edib ki, TANAP layihəsi terror aktı təhlükəsindən uzaq olan şimal hissədə yerləşir: "PKK Azərbaycanın qaz boru xəttini hədələyərsə, bu, həmçinin ABŞ-ın Şərq-Qərb Enerji Dəhlizi Konseptinə təhlükə deməkdir. Düşünmürəm ki, Suriya Kürd Xalq Müdafiə Birliyinin müttəfiqi olan PKK belə mövqeyə keçər. Çünki onların hamısı Suriyada İŞİD-ə qarşıdır. TANAP və Cənub Qaz Dəhlizinə gələcəkdə ciddi təsir göstərəcəyini hesab etmirəm".
Xatırladaq ki, iyulun 28-də Türkiyə-İran qaz boru kəmərində və Türkiyə-İraq neft kəmərində partlayış törədilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol