Əkrəm Bünyadzadənin metal krujevaları - FOTOLAR

17:01 | 18.04.2014
Əkrəm Bünyadzadənin metal krujevaları - FOTOLAR

Əkrəm Bünyadzadənin metal krujevaları - FOTOLAR

Sosial şəbəkədə Əkrəm Bünyadzadənin əl işləri nümayiş etdiriləndə “rəylər” bölməsində yerləşdirilmiş “bunu incəsənət hesab etmək olarmı” sualına birmənalı müsbət cavab vermişdim. Zərif bəzəklər, müxtəlif metal məhəccərlər, qapılar, pəncərə barmaqlıqları və xarici görkəm üçün digər başqa məmulatlar göz oxşayırdı. İncə naxışlara daha diqqətlə baxmaq və əlbəttə, bu əsərlərin müəllifi – Əkrəm Bünyadzadə ilə görüşmək istəmişdim.Onun emalatxanası Keşlədə yerləşir. Orada o, müştəriləri ilə razılaşır, eskizlər çəkir, oradan sifarişçilərə və onunla əməkdaşlıq edən dəmirçilərin yanına gedir. Onun emalatxanasında tez-tez bahalı və xüsusi olmayan mülklərdə quraşdırılan metal incəsənət əsərləri hazırlanır.Bünyadzadə ali riyaziyyat təhsili alıb. 1974-cü ildə Azərbaycan dövlət universitetində təhsilini bitirib, bir neçə sovet müəssisəsində mühəndis-proqramçı ixsisası üzrə işləyib, elmlə məşğul olub və dissertasiya işi hazırlayıb.1987-ci ildə SSRİ ərazisində kooperasiyaların yaradılmasına icazə veriləndə Əkrəm babasının dəmirçi emalatxanasında işə başlayıb və dəzgahda işləyən babasının yanında dayanıb seyf qıfıllarının təmiriylə maraqlanıb.Həmin illərin fəaliyyəti onu bugünkü sferaya gətirib çıxardıb – Əkrəm Bünyadzadə ətrafına çox gözəl dəmirçilər yığıb, yerli, türk və Çin metal yarımfabrikatlarının təchizatçılarıyla işgüzar əlaqələri qaydaya salıb. Onun briqadası ən müxtəlif üslublarda metal möcüzələri yaradır – moderndən tutmuş klassikaya qədər. Yerində istehsal edilmiş əl məmulatları, əlbəttə, bahadır.Əkrəm Bünyadzadə ilə söhbət mənə bir neçə nöqteyi-nəzərdən maraqlı oldu. Bu suallara cavab almaq istəyirdim: həqiqətənmi, bir çoxlarının da dediyi kimi, Azərbaycanda rüşvətsiz şəxsi bizneslə məşğul olmaq mümkün deyil? Villaların tikintisi artır, onun sahiblərinin zövqü nə yerdədir? Bu çətinliklərin öhdəsindən gəlmək, halal yolla pul qazanmaq və eyni zamanda gördüyün işdən həzz almaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır?- Sifarişçi ilə necə ünsiyyət qurursunuz?- Söhbət əsasən kompüter ekranında şəkillərin baxılmasıyla başlanır. Əvvəllər bunu vərəqləri əzik-üzük jurnallar əvəzləyirdi. Mən izah edirəm ki, bütün çəkilmiş şəkillər funksional olmur, hansısa bir buruqlar uşaqlar üçün təhlükəli ola bilər. Qadınlarla razılaşmaq daha asandır, onlarda gözəllik duyğusu daha çox inkişaf edib.- Villaların sifarişçi-sahibləriylə razılaşmaq çətindirmi?- Onlar işi əsasən icraçılara tapşırırlar, həmin iş icraçısı ilə bütün məsələləri həll edirəm. Bəzən ev sahibinin özü tikinti ilə məşğul olur. Bu mənada qadın-sifarişçilərlə işləməmək daha yaxşıdır. Belə sifarişlərdən imtina edirəm.Sifarişçilərin təxminən 10 faizi yalançı çıxır. Onlar görülən işdə nöqsan axtarırlar, işin gec görüldüyünü bəhanə gətirirlər ki, ustaya pul verməsinlər. Mən belə sifarişçiləri elə ilk görüşdəcə tanıyıram. Ona görə də pulumu qabaqcadan alıram.Azərbaycanlı sifarişçilərin zövqü yüksək deyil, amma bəzən intellektuallar da rastıma çıxır, onlarla sifarişi müzakirə etmək faydalı və maraqlı olur.Xüsusi sifarişlı hazırlanan şüşə məmulatları yeni tendensiya oldu. Bu yaxınlarda Əkrəm həyət evində lift üçün şüşə hazırladı. Eksklüziv məmulatların istehsalına bir neçə aya qədər vaxt gedir, bir metr məmulatın yerində yığılması isə bir gün vaxt aparır.Dünya iqtisadi böhranın olmasına baxmayaraq, Azərbaycanda elit tikinti həcmində azalma müşahidə olunmur. Bünyadzadə sifarişlər bazarında rəqabətin güclənməsiylə əlaqədar olaraq çətinliklər hiss edir. Reklama qaçmağa çalışır. Hərdən elə olur ki, rəqibləri Əkrəmin əl işlərini yamsılayırlar, amma bununla mübarizə aparmaq mümkün deyil. Nə vaxta qədər ki, usta öz əl işlərinin müəllif hüquqlarını rəsmiləşdirməyəcək, o vaxta qədər də onun əl işlərini yamsılamağa davam edəcəklər."Bizdə korrupsiyaya qarşı düzgün mübarizənin aparılması barədə iddia nə qədər ədalətlidir – Azərbaycanda bizneslə məşğul olmamaq, burada öz pulunu yatırım etməmək?" - Əkrəm bu iddia razıdır:- Bir dəfə məni müştərinin aldadılmasında ittiham edib prokurorluğa çağırmışdılar. Əslində, müştəri bir qaraj qapısı üçün pul ödəmişdi, usta da bu işi görmüşdü. Amma məni 6 qapının ödənişinin mənimsənməsində ittiham edirdilər.Ustanı cinayət cəzasıyla hədələdilər. Amma az sonra prokurorluq işçisi irəli sürülmüş ittihamı tez bir zamanda "unutdu" və məndən özünün ikimərtəbəli villası üçün sifarişə razılıq ala bildi. Pəncərə barmaqlıqlarını ona pulsuz hazırlamalı olduq."Təxminən ildə bir dəfə polis gəlir, ustalarımı polis bölməsinə aparır, məni də çağırırlar və tələb olunanı almayana kimi buraxmırlar".- Siz necə düşünürsünüz, xarici ölkələrdə belə hadisələr ola bilərmi? - Məncə ola bilər. Əgər mən elektron poçtla vəkilin əməyini ödəmək təklifiylə zəngin miras haqqında yalan xəbərlər alıramsa, deməli, fırıldaqçılar xaricdə də var.Sonuncu sualım ev üçün məmulatların istehsalı üzrə tətbiqi incəsənətin inkişaf tendensiyası haqqında idi.Əkrəm Bünyadzadə hesab edir ki, krujevalı naxışları hazırlamağa imkan verən qaynağın plazmatik metodlarının tətbiqiylə, şüşədən və paslanmayan poladdan olan məmulatlara keçid tendensiyası gözə çarpır.Bizim ustalarımız xaricdə də məşhurdur. Bünyadzadə artıq öz məmulatını Almaniyadan olan bir almana satdı. Bu sifarişçi Azərbaycanda işləyir və qərara gəldi ki, Almaniyadakı evi üçün Azərbaycan milli ornamenti daha münasibdir. Sonra Əkrəm öyrəndi ki, onun əl işi Almaniyada başqa alıcıya üç qat qiymətə satılıb.Kamal ƏliANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM