Eldar Babazadənin heyratamiz daxili aləmiREPORTAJ

15:06 | 23.11.2015
Eldar Babazadənin heyratamiz daxili aləmi – REPORTAJ

Eldar Babazadənin heyratamiz daxili aləmiREPORTAJ

Rüstəm Qasımov

Noyabrın əvvəlində Bakının "Abşeron” qalereyasında istedadlı azərbaycanlı rəssam Eldar Babazadənin "Sehrli yuxular” adlı fərdi sərgisi açıldı. Tədbiri Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə Azərbaycan İncəsənət Konsulluğu ("Arts Council Azerbaijan”) təşkil etmişdi. 

"Abşeron” qalereyasını tapmaq çətin deyil, o "İçərişəhər”in düz mərkəzində yerləşir. Əgər sərgi salonuna baş çəksəniz, onda siz Eldar müəllimin möhtəşəm tabloları ilə qarşılaşacaqsız. 
 


Salona daxil olaraq, mən Babazadənin şəkillərinə baxmağa başladım. Bu rəssamın işlərində ən cəlbedici məqamı dərhal dilə gətirmək istəyirəm, bu tablolardakı  dərin süjetlər və qeyri-adi kompozisiyalardır. Hər bir tabloya fəlsəfi məzmun və rəssamın düşüncələri hopub. Müəllifin cəmiyyətdə baş verən proses və hadisələri öz nöqteyi nəzərinə əsasən, tabloları vasitəsilə izləyicilərinə çatdırması çox maraqlı alınıb. 

Eldar müəllimin kətanları parlaq, bol boyaları ilə fərqlənir. Şəkillər böyük ustalıqla çəkilib, onlara baxanda başa düşürsən ki, rəssamın uğuru təkcə təbiətdən gələn istedadda deyil, daimi yaradıcı axtarışlarla da əlaqədardır. Rəssam deyir ki, rəsmi emosiyasız və ağrılarsız çəkmək mümkün deyil, gərək bütün duyğularını kətanda əks etdirəsən. Hər xətt, hər yaxma, hər qıvrım tükənməz enerji və hərarətlə doludur, bunu rəssamın hər bir işində görmək mümkündür. 

Eldar Babazadənin sözlərinə görə, öz işlərində o daxili dünyasını, dünyanı necə görməsini əks etdirir. Bundan başqa, o bunu dəyişmək istəmir, o, məşğul olduğu işi sevir. 
 


Qeyd etmək yerinə düşər ki, milli mövzuya bağlılıq bu rəssamın da yaradıcılığına yad deyil. Onun azərbaycanlı qadınların təndirdə çörək bişirməsini əks etdirən şəkilləri diqqəti cəlb edir. Həmçinin mavi Xəzərin görüntülərini də qeyd etməmək olmaz. 

Rəssamın qəhrmanların üzünü çəkərkənki yanaşması çox maraqlıdır. Bəzi məqamlarda rəssam obrazlarının gözlərini ya tamam qapalı, ya da ümumiyyətlə gözsüz çəkir. 

Azərbaycanın flora və faunasının nümayəndələri rəssamın şəkillərinin daimi süjetləridir. Çox tez-tez məsələn, əlində qısa bağ tutan qadınları görmək mümkündür, bağın aşağısındakı dayaqda isə ya balaca bir quşcığaz oturub, ya da bu, hansısa ev heyvanıdır. 
 


Bəzən qadınların ovucunda qədim arxitekturanın elementləri olur, zamanın hökm edə bilmədiyi "İçərişəhər”in orijinal qüllələri, ya da qala divarları. Bu, bir növ gizli ismarıcdır: əcdadlarımızın bizə qoyduğu irsi mütləq qoruyub saxlamalı və gələcək nəsillərə ötürməliyik. 

Babazadənin işlərinə baxanda zərif tonlar və yumşaq çalarlar gözləri bezdirmir. Bu, həqiqi pərəstişkarların və incəsənətə dəyər verənlərin nəyə görə  Eldar müəllimin rəsmlərinə dəyər verməsinin daha bir sübutudur. Ustanın şəkillərinin qabağında uzun müddət dayanıb usanmadan baxmaq mümkündür, şəkillərdəki sevgi, harmoniya və gözəllik insanın daxili aləminə nüfuz edir. 

Bir az da müəllif haqqında. Eldar Babazadə rəssamlar ailəsində dünyaya göz açıb. O, rəssamlıq buraxılışını və Pedaqoji universitetin bədii-qrafika fakültəsini bitirib, 1997-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 
 


Fırça ustası həm Respublika, həm də beynəlxalq miqyasda sərgilərdə iştirak edir. Babazadənin parlaq kətanları Türkiyə, İran, Almaniya, İsveç, Gürcüstan, Qırğızıstan kimi ölkələrə səfər etməyə müvəffəq olub. 

Yeri gəlmişkən, Eldar Babazadənin "Abşeron” qalereyasındakı fərdi sərgisi 30 noyabradək davam edəcək, ona görə də hər bir kəsin istedadlı rəssamın sərgisinə baş çəkmək şansı var. Sərgiyə giriş pulsuzdur. Bundan başqa, qalereyada təqdim olunan kataloqda hər bir işin qiyməti də göstərilib, əgər istəsəniz, istədiyiniz rəsm əsərini ala bilərsiniz. Eldar Babazadənin cəlbedici şəkilləri sizin evinizə istilik və harmoniya gətirəcək. 

ANN.Az xəbər portalı paytaxtımızda baş verən mədəniyyət və incəsənət hadisələrini diqqətdən kənarda qoymur. Bu dəfə biz sizə rəssam Eldar Babazadənin fərdi sərgisində yer almış rəsm əsərlərinin şəkillərini təqdim edirik. 
 
Xoş Seyrlər: 
 















































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb