"Toplum TV" işi ilə bağlı həbs olunanların vəsatəti təmin olunmayıb

14:04 | 15.03.2024

"Toplum TV" işi ilə bağlı həbs olunanların vəsatəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda "Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş vəsatət təmin olunmayıb. 
 
Eyni zamanda "Toplum TV" işi çərçivəsində saxlanılan Akif Qurbanov və digərlərinin də vəsatətini təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. 
 
Martın 7-də "Toplum TV"nin ofisində axtarış edilib. 

Martın 8-də Ələsgərli Məmmədli "Toplum" Tv işi ilə bağlı saxlanılıb. Onun evindən 60 min avronun çıxdığı bildirilib. Ələsgər Məmmədli Cinayət Məcəlləsinin  206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub. Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 
 
Bununla yanaşı Toplum TV işi ilə bağlı Demokratik Təşəbbüslər İnustunun əməkdaşı Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və Toplum Tv-nin iki əməkdaşı Ramil Babayev və İlkin Əmrahov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 
 
Aygün 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM