Əli Nağıyevin oğlu haqda maraqlı məlumatlar - FOTOLAR

20:47 | 27.06.2019
Əli Nağıyevin oğlu haqda maraqlı məlumatlar - FOTOLAR

Əli Nağıyevin oğlu haqda maraqlı məlumatlar - FOTOLAR

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 
Anews.az xəbər verir ki, Modern.az saytı Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisi, general-mayor Əli Nağıyevin oğlu İlham Nağıyev haqda məlumat yayıb.
Xəbərdə bildirilir ki, Əli Nağıyevin oğlu İlham Nağıyev mediaya az-çox tanışdır. Çünki bir müddət Təhsil Nazirliyində çalışmaqla medianın önünə çıxmalı olub.
İlham Nağıyev 1 yanvar 1988-ci ildə Bakıda doğulub. 2004-də Bakı şəhərindəki 43 saylı məktəb-lisey kompleksini bitirib.
2004-2009-da Azərbaycan Dövlət İqtisad Universitetində Biznes inzibatçılığı üzrə bakalavr təhsili alıb.
2005-2006-cı illərdə SOAS London Universitetində Biznes idarəçiliyi və menecment ixtisası üzrə kurs keçib.
2010-2012-də Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi üzrə MBA təhsili alıb.
İlham Nağıyev 2010-cu ilin iyul ayından "Connekt”  şirkətində həmtəsisçilərdən biri olub. 
2008-ci ilin mart ayından 2013-cü ilin avqustunadək "Odlar Yurdu Organisation” şirkətinin rəhbərliyində çalışıb.
İyun 2013 - avqust 2016-cı il aralığında "Baku United FC” futzal klubunun prezidenti vəzifəsini tutub.
Daha sonra dövlət qulluğunda çalışıb. Belə ki, 2013-cü ilin sentyabr ayından 2015-ci ilin noyabrınadək Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini vəzifəsində işləyib.
2015-ci ilin noyabrında nazirliyin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyinat alan İ.Nağıyev 2016-cı ilin sentyabrınadək bu vəzifədə çalışıb.
İlham Nağıyev 2016-cı ilin noyabrından hal-hazıradək "BINE AGRO” şirkətində Müşahidə Şurasının sədri postunu tutur.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM