Elmar Məmmədyarov: “Əminəm ki, girovlar geri qaytarılacaq”

14:42 | 25.02.2015
Elmar Məmmədyarov: “Əminəm ki, girovlar geri qaytarılacaq”

Elmar Məmmədyarov: “Əminəm ki, girovlar geri qaytarılacaq”


"Mən əminəm ki, azərbaycanlı girovlar geri qaytarılacaq”.

AzVision.az xəbər verir ki, bu Azərbaycanın xairici işlər naizri Elmar Məmmədyarov ABŞ dövlət katibinin nümayəndəsi Viktoriya Nulandın girovların geri qaytarılması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Nazir əlavə edib ki, həmsədrlər regiona səfər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni yerindən gündəmə gətirmək istədilər.

"Hətta işçi qrupun yaradılması təklifi irəli sürülmüşdü. Bura qaçqınların geri qaytarılması məsələsi də daxildir. Yaxşı olardı ki, vaxt itirməyək. Azərbaycan artıq Dünya Bankı ilə birgə hazırlıqlar aparır ki, məcburi köçkünlər geri qayındandan sonra hansı istiqamətdə işlər görüləcək. İlk növbədə Ermənsitan öz qoşunlarını geri çəkməlidir”.

Nazir düşmən tərəfindən atəşkəsin tez-tez pozulmasından söz açıb. "Prezident Münxendəki çıxışında açıq bəyan etdi. Buna görə də biz tələb edirik ki, Ermənistan qoşunu işğal olunmuş torpaqlardan çıxmalıdır. Bu barədə 4 qətnamə də var. Əminik ki, biz bu məsələni həll edəcəyik. İstəyirik ki, Ermənistan qlobal layihələrə qoşulsun, amma onlar öz siyasəti ilə özünü küncə salıb. Əgər onlar doğurdan da Cənubi Qafqazda, ümumi regionda faydalı əməkdaşlıq qurmaq istəyirlərsə, onda işğal olunmuş torpaqlardan çıxmalıdırlar”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb