Elnur Hüseynovun çıxışı belə olacaq - Video

10:08 | 15.05.2015
Elnur Hüseynovun çıxışı belə olacaq - Video

Elnur Hüseynovun çıxışı belə olacaq - Video

"Eurovision-2015” mahnı müsabiqəsində builki təmsilçimiz olan Elnur Hüseynov ötən gün ilk rəsmi məşqinə çıxıb.

ANS PRESS-in məlumatına görə, "Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında iştirak edəcək ifaçıların Vyana səhnəsində birinci rəsmi məşqi başlayıb.

Azərbaycan təmsilçisi Elnurla birlikdə səhnədə bir qız-bir oğlan olmaqla, iki rəqqas yer alıb.

Təmsilçimizin əsas məqsədi mahnının ideyasını, yəni, "hər ürək üçün vuruşmaq lazımdır” mesajını Avropa auditoriyasına çatdırmaqdır.

Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də "Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada "Hour of the Wolf” mahnısı ilə çıxış edəcək.
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb