Elnur Türkiyədə fantastik müqavilə imzaladı

10:54 | 11.12.2014
Elnur Türkiyədə fantastik müqavilə imzaladı

Elnur Türkiyədə fantastik müqavilə imzaladı

"O səs Türkiyə” musiqi müsabiqəsində parlayan və türk mediasının diqqətini çəkən azərbaycanlı yarışmaçı Elnur Hüseynov  Türkiyənin TV 8 kanalı ilə 1,5 milyon avroluq müqavilə imzalayıb.

Elnur sözügedən kanalda böyük bir layihədə iştirak edəcək. Elnur bildirib ki,  o, Adriana Lima ilə birlikdə moda verilişi aparacaq: "TV-8 kanalında çox böyük bir layihə başlayır. Bu verilişə Türkiyənin və dünyanın müxtəlif ölkələrindən məşhur oğlan və qız modellər qatılacaq. Qalib 20 milyon dollar qazanacaq.

Qalibləri münsiflər seçəcək. Mən aparıcılıqla yanaşı, həm də münsiflər heyətinə daxiləm. Digər üzvlər Adriana Lima, Megan Fox, İvana  Sertdir. Bu layihə ilə bağlı Acun bəylə bir illik müqavilə imzalamışam.” Elnur onu da vurgulayıb ki, veriliş Türkiyənin hündür binalarında çəkiləcək. Çünki, məşhur  modellər verilişə helikopterlə gələcək. //bakupost.az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb