Eminin mahnısı iTunes-də mövsümün hiti oldu - VİDEO

15:24 | 03.07.2014
Eminin mahnısı iTunes-də mövsümün hiti oldu - VİDEO

Eminin mahnısı iTunes-də mövsümün hiti oldu - VİDEO

Klip YouTube-da 5 milyon baxış toplayıb.

Dünya musiqi mağazası iTunes Eminin “AMOR” sinqlını bu yayın ən qaynar hitlərindən biri adlandırıb.

Oxu.Az xəbər verir ki, tanınmış ifaçıların yalnız bəzilərinin trekləri seçilib, onların arasında Beyonce-un sinqlı də yer alıb. iTunes öz seçimini Eminin “World Music Awards 2014” müsabiqəsində səs-küylü qələbəsindən sonra edib. Bu müsabiqədə artist Azərbaycandan ən yaxşı ifaçı olub və üç: “Ən yaxşı ifaçı”, “Ən yaxşı artist” və “Ən yaxşı dünya şousu” nominasiyaları üzrə təqdim edilib.

Xatırladaq ki, “AMOR” sinqlı sənətçinin səkkizinci ingilis dilində olan albomunun əsas treki olub. Dünya gözəli 2013 Oliviya Kalpo (Olivia Culpo) ilə çəkilən klip isə YouTube-da 5 milyon baxış toplayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM