Çempionlar Liqası həyəcanı

20:02 | 30.09.2014
Çempionlar Liqası həyəcanı

Çempionlar Liqası həyəcanı

Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına bu axşam start veriləcək.

ANS PRESS-in məlumatına görə, ilk oyun gününə 8 qarşılaşma nəzərdə tutulub. Turun ilk oyunu Moskvada keçiriləcək. Burada yerli ÇSKA (Moskva) klubu qrupun lideri "Bavariya"nı qəbul edəcək. Moskva təmsilçisi azarkeşlərin daha öncəki oyunda qaydalardan kənar davranışı səbəbindən "Bavariya" ilə görüşü boş tribunalar qarşısında keçirəcək. E qrupunun digər oyununda "Mançester Siti" evdə "Roma"nı sınağı çəkəcək.F qrupunda "Ayaks" səfərdə APOEL-in, "Barselona" isə PSJ-nin qonağı olacaq.G qrupunda "Şalke" - "Maribor" və "Sportinq" - "Çelsi" oyunları keçiriləcək. H qrupunda BATE öz meydanında "Atletik" (Bilbao), "Şaxtyor" (Donetsk) klubu isə "Portu"nu qəbul edəcək.Qrup mərhələsində II tura sabah keçiriləcək 8 qarşılaşma ilə yekun vurulacaq.30 sentyabrE qrupu21:00. ÇSKA (Moskva, Rusiya) - "Bavariya" (Almaniya)23:45. "Mançester Siti" (İngiltərə) - "Roma" (İtaliya)F qrupu23:45. APOEL (Kipr) - "Ayaks" (Hollandiya) 23:45. PSJ (Fransa) - "Barselona" (İspaniya)G qrupu23:45. "Şalke" (Almaniya) - "Maribor" (Sloveniya)23:45. "Sportinq" (Portuqaliya) - "Çelsi" (İngiltərə)H qrupu23:45. BATE (Belarus) - "Atletik" (Bilbao, İspaniya) 23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Portu" (Portuqaliya) 1 oktyabrA qrupu23:45. "Atletiko" (Madrid, İspaniya) - "Yuventus" (İtaliya)23:45. "Malmö" (İsveç) - "Olimpiakos" (Yunanıstan)B qrupu23:45. "Bazel" (İsveçrə) - "Liverpul" (İngiltərə) 23:45. "Ludoqorets" (Bolqarıstan) - "Real" (Madrid, İspaniya) C qrupu21:00. "Zenit" (Rusiya) - "Monako" (Fransa) 23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Benfika" (Portuqaliya) Baş tutacaq bəzi oyunlar Azərbaycan, Türkiyə və Rusiya telekanalları vasitəsilə canlı yayımlanacaq. ÇL-in beş qarşılaşması aşağıdakı telekanallar vasitəsilə birbaşa nümayiş olunacaq:AZƏRBAYCAN"İdman Azərbaycan"21:00. CSKA - "Bavariya"23:45. "Mançester Siti" - "Roma"AZTV23:45. PSJ - "Barselona"TÜRKİYƏNTV23:45. PSJ - "Barselona""Smart Spor"21:00. ÇSKA - "Bavariya"RUSİYA"NTV Plyus"21:00. ÇSKA - "Bavariya""Sport Plyus"23:45. "Sportinq" - "Çelsi""NTV Sport Soyuz"23:45. "Şalke" - "Maribor""NTV Plyus 2"23:45. "Mançester Siti" - "Roma"ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb