Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar keçirilib - NƏTİCƏLƏR

09:13 | 20.08.2014
Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar keçirilib - NƏTİCƏLƏR

Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar keçirilib - NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunlar keçirilib.Apasport.az-ın verdiyi xəbərə görə, qrup mərhələsinə iddialı 20 komandadan yarısı bu gecə meydana çıxıb. “Qarabağ”ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdıran “Zalsburq” “Malmö” ilə görüşdən də qalib ayrılıb. “Styaua” isə öz meydanında “Ludoqorets”i son dəqiqələrdə vurulan qolla məğlub edib. Gecənin ən maraqlı qarşılaşması olan “Kopenhagen”  - “Bayer” matçında qapılara 5 top vurulub. Özü də bütün qollar ilk yarıda qeydə alınıb. “Böyük beşlik” çempionatlarının iki təmsilçisi – “Napoli” və “Atletik” arasında Neapolda baş tutan görüş heç-heçə yekunlaşıb - 1:1. Gecənin sonuncu matçında da bərabərlik qeydə alınıb ki, İstanbulda ölkəmizdə də minlərlə azarkeşi olan “Beşiktaş”ın “Arsenal”la qarşılaşmasında tablodakı sıfırlar dəyişməz qalıb. Halbuki, London təmsilçisinin 10 nəfərlə qaldığı qarşılaşmada “Beşiktaş” bir neçə real qol vəziyyətindən yararlana bilməyib. Çempionlar LiqasıPley-off mərhələsi, ilk oyunlar19 avqust “Zalsburq” (Avstriya) - “Malmö” (İsveç) - 2:1Şimer, 15; Soriano, 54 - Forsberq, 90 “Styaua” (Rumıniya) - “Ludoqorets” (Bolqarıstan) - 1:0Kibçu, 89 “Beşiktaş” (Türkiyə) - “Arsenal” (İngiltərə) - 0:0Qırmızı vərəqə: Remsi, 80 (Arsenal) “Kopenhagen” (Danimarka) - “Bayer” (Almaniya) - 2:3Yorgensen, 10; Amarte, 13 - Kisslinq, 5; Bellarabi, 22; Son Heunq-Min, 42“Napoli” (İtaliya) - “Atletik” (İspaniya) - 1:1İquain, 68 - Muniani, 41

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb