Ərdoğan Azərbaycan-Türkiyə protokolunu təsdiqlədi

14:33 | 24.01.2017
Ərdoğan Azərbaycan-Türkiyə protokolunu təsdiqlədi

Ərdoğan Azərbaycan-Türkiyə protokolunu təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” 2016-cı il martın 15-də Ankara şəhərində imzalanmış Protokolu təsdiq edib.

Bu barədə Trend "Resmi Gazete"yə istinadən məlumat verir.

Qeyd edək ki, sənəd iki ölkə arasında sosial və iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək və əlaqələri texniki əməkdaşlıq yolu ilə dərinləşdirmək məqsədi daşıyır. Protokol tərəflər arasında texniki əməkdaşlığı icra etmək üçün ümumi qaydaları müəyyənləşdirir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb