Ərdoğan Rusiya ilə əməkdaşlığın bərpasından danışdı

13:45 | 01.04.2016
Ərdoğan Rusiya ilə əməkdaşlığın bərpasından danışdı

Ərdoğan Rusiya ilə əməkdaşlığın bərpasından danışdı

"Rusiya və Türkiyə bizim coğrafiyamızda mühüm ölkələrdir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regional problemlərin nizamlanması üçün Türkiyə-Rusiya əməkdaşlığının bərpasının vacib olduğunu bildirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

"Təəssüf ki, 24 noyabrdan sonra bizim Rusiya ilə münasibətlərimizdə çətin dövr yaşanır. Bu münasibətlər SSRİ-nin süqutundan sonra uğurla inkişaf edib, lakin Rusiya rəhbərliyinin son illər apardığı siyasət ucbatından təyyarə insidentindən xeyli əvvəl pisləşməyə başlayıb.

Moskvanın anlamağa çətinlik çəkdiyimiz sərt reaksiyasına baxmayaraq, regional problemlər bizim əməkdaşlığımızın bərpa edilməsini zəruri edir, çünki Rusiya və Türkiyə coğrafiyamızın mühüm ölkələridir.

Rusiya həmkarlarımızın bunu anlayacağını və bu zəruriliyi qiymətləndirəcəyini gözləyirik”, - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərində Brukinsk institutunda çıxışı zamanı bildirib. 

Rusiya-Türkiyə münasibətləri 2015-ci ilin noyabrın 24-dən sonra, Türkiyəyə məxsus təyyarənin Rusiyanın "Su-24” təyyarəsini vurmasından sonra pisləşib.   

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb