“Ergenokon” işinin prokuroru Ermənistana QAÇIB

18:47 | 11.08.2015
“Ergenokon” işinin prokuroru Ermənistana QAÇIB

“Ergenokon” işinin prokuroru Ermənistana QAÇIB

Barələrində həbs qərarı çıxarılan Türkiyənin məşhur keçmiş prokorurları Zəkəriyyə Öz və Cəlal Karanın Gürcüstan üzərindən Ermənistana qaçdığı müəyyən edilib. 

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Artvin valisi Kamal Cirit açıqlama verib.

Qeyd edək ki, Zəkəriyyə Öz 2013-cü ilin dekabr ayında iş adamlarına və hökumət nümayəndələrinə qarşı həyata keçirilən böyük rüşvət və korrupsiya əməliyyatlarının başında dayanıb.

Həmin zaman İstanbul baş prokurorunun müavini olan Zəkəriyyə Öz iş biznesmenlərin həbsinə sanksiya vermişdi. Bundan bir müddət sonra isə o vəzifəsindən azad edilib. Zəkəriyyə Öz həmçinin Türkiyədə generallara qarşı həyata keçirilən məşhur "Ergenekon” işinin prokuroru olub.  

O və Cəlal Kara Fətullah Gülən şəbəkəsinə məxsus olduğu iddia edilən paralel dövlətin fiqurları hesab edilirlər. Onlar barəsində ötən gün həbs qərarı çıxarılıb.

Məhkəmə  Zəkəriyyə Öz, Cəlal Kara və digər prokuror Mehmet Yüzgeç barəsində "cinayət törətmək məqsədi ilə təşkilatlanmaq” və "güc və təzyiqdən istifadə edərək Türkiyə hökumətini devirməyə, vəzifələrini icra etməyə qismən və ya tamamən əngəl olmaq”da ittiham edilir. Mehmet Yüzgeçin isə hələlik harada olduğu bilinmir. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb