Erməni hərbçi yol qəzasında öldü

10:49 | 29.05.2018
Erməni hərbçi yol qəzasında öldü

Erməni hərbçi yol qəzasında öldü

Ermənistanın Qeqarkunik vilayətində baş verən yol qəzasında Ermənistan Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində müqavilə əsasında xidmət edən 28 yaşlı hərbçisi Narek Çaqaryan ölüb.

AzVision.az "News.am”-a istinadən xəbər verir ki, qəza mayın 29-da gecə saatlarında baş verib. Belə ki, Çaqaryan "35 PQ 401” nömrə nişanlı "Opel” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yola tökülən torpaq təpəciklərinə dəyərək bir neç dəfə aşıb. 

Nəticədə hərbçi hadisə yerində ölüb. N.Çaqaryanın meyiti hərbi polisinə təhvil verilib. Qeyd olunub ki, hərbçi yeni ailə həyatı qurub, avtomobili isə qəzadan bir neçə gün öncə alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM