Ermənilərin Sarkisyan qorxusu

10:36 | 04.01.2018
Ermənilərin Sarkisyan qorxusu

Ermənilərin Sarkisyan qorxusu

Bir adama görə dəyişən konstitutsiya

Ermənilər çox narahatdırlar. Bu narahatçılığa səbəb isə hakim partiyanın hazırki prezident Serj Sarkisyanı baş nazir postuna namizədliyinin irəli sürməsidir. Yeni konstitutsiyaya görə, bu ilin yazında prezidentin səlahiyyət müddəti bitdikdən sonra ölkə rəhbərliyinin ilk siması baş nazir olacaq. Onu isə xalq yox, parlament seçəcək. Orada oturanların əksəriyyəti də Sarkisyanın adamlarıdır. O, bu barədə əvvəlcədən düşünüb.

"Çıxış” müxalifət blokunun parlament fransiyasının katibi deputat Gevork Qorqisyan üçüncü dəfə hazırki prezident Sarkisyanın yeni vəzifəyə namizədliyini irəli sürməsini yolverilməz hesab edir. Onun fikrincə, bu konstitutsiyanın açıq-aşkar pozulması deməkdir. "Onda belə çıxır ki, konstitutsiya ya ancaq konkret şəxsin rəhbərliyini davam etdirməsi üçün dəyişdirilir".

Müxalifətçi hesab edir ki, erməni vətəndaşlar 10 min dram dəyərində seçkiqabağı rüşvət götürüb, Sarkisyanın partiyasına səs verməyə üstnülük veririlər. Məhz bunun üçün ölkədə qorxulu iqtisadi vəziyyət yaranıb. 2018-ci ildə vəziyyət daha da faciəvi ola bilər.

Deputat etiraz aksiyalarına da skeptik yanaşıb. "Hamını artıq ələ alıblar. Aydındır ki, bu gün küçə mübarizəsi üçün ictimai sifariş yoxdur”.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb