Ermənistan parlamentində seksual azlıq məsələsi

14:00 | 24.11.2013
Ermənistan parlamentində seksual azlıq məsələsi

Ermənistan parlamentində seksual azlıq məsələsi

 “Erməni gəncliyi şəhər nəqliyyatında gedişlərin bahalaşmasına qarşı deyil, cinsi azlıqlara qarşı mübarizə aparsa, xalqa daha çox fayda verər”. 

ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu barədə hakim Respublika partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan bildirib.

Bu çıxış sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Erməni gənclər Qalust Saakyanı bununla bağlı sərt tənqid ediblər. Məsələn, Ruben Markosyan adlı gənc yazıb: “Məhz biz onlara qarşı mübarizə aparırıq. "Parlament çoxluğu" və "seksual azlıq" - bu iki anlayış getdikcə daha da yaxınlaşır. Tezliklə, sinonim olacaq”.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb