Ermənistanda müxalif deputat vəzifəsindən imtina etdi

13:33 | 29.11.2022
Ermənistanda müxalif deputat vəzifəsindən imtina etdi

Ermənistanda müxalif deputat vəzifəsindən imtina etdi

Ermənistanda müxalif "Hayastan” partiyasının daha bir deputatı mandatından imtina edib. Bu barədə "Sputnik Ermənistan”xəbər verir.
 
Fraksiyanın deputatı Ripsime Stambulyan mandatından imtina etmək barədə qərar qəbul edib. 

O hansı səbəbdən bu qərarı verdiyini açıqlamayıb.

Daha əvvəl "Hayastan” partiyasının nümayəndələri Artur Kazinyan, Mxitar Zakaryan və Aram Vardevanyan da deputat mandatlarından imtina edib.
 
Ölkə mediası Armen Çarçyan və İşxan Saqatelyanın da fraksiyanı tərk edəcəklərini yazır.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb