“Eurovision-2014”dən 12 ölkə imtina etdi

11:00 | 07.01.2014
“Eurovision-2014”dən 12 ölkə imtina etdi

“Eurovision-2014”dən 12 ölkə imtina etdi

Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində “Eurovision-2014” mahnı müsabiqəsi keçiriləcək.Oxu.Az-ın “Novaya qazeta”-ya istinadən verdiyi məlumata görə, indiyə kimi 12 dövlət bu müsabiqədə iştirakdan imtina edib.Bolqarıstan, Bosniya və Hersoqovina, Serbiya və Kiprin yunan hissəsi canlı efirdən maliyyə vəsaiti olmadığı üçün müsabiqəyə qatılmayacaqlarını bildiriblər.Monako, Xorvatiya, Andorra, Slovakiya, Lüksemburq, eləcə də Mərakeş imtinanın səbəbini açıqlamasa da, Çexiya bildirib ki, vətəndaşlarının bu yarışmaya marağı yoxdur və bunu TV reytinqi də təsdiqləyir.Xatırladaq ki, Türkiyə bu müsabiqədən imtina edərək, türkdilli ölkələrin “Türkviziya” mahnı müsabiqəsini təşkil edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb