"Eurovision-2015" səhnə dizaynı təqdim olundu - Fotolar

16:08 | 23.04.2015

"Eurovision-2015" səhnə dizaynı təqdim olundu - Fotolar

Bu il Avstriyanın paytaxtı  Vyanada baş tutacaq "Eurovision" mahnı müsabiqəsinin səhnə dizaynı təqdim olunub.

"Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, müsabiqənin keçiriləcəyi səhnə 1288 ayrı-ayrı işıq-diod sütunlarından ibarətdir.

Bu sütunlar möhtəşəm işıq effekti yaradacaq. Səhnədə arxa planda LED ekran quraşdırılacaq.

Qeyd edək ki, müsabiqə mayın 19, 21 və 23-də Vyanadakı "Stadthalle" səhnəsində keçiriləcək.

Bu il Azərbaycanı müsabiqədə Elnur Hüseynov "Hour of the wolf" mahnısı ilə təmsil edəcək.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb