"Əvvəllər məktəblərə adaptasiya olunmayan uşaqlara daha çox rast gəlirdik" - Fotolar

18:01 | 25.11.2015

"Əvvəllər məktəblərə adaptasiya olunmayan uşaqlara daha çox rast gəlirdik" - Fotolar


Noyabrın 25-də Bakı şəhəri 5 nömrəli tam orta məktəbdəki məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün mediatur keçirilib.
 
Noyabrın 2-dən fəaliyyətə başlayan məktəbəhazırlıq qrupları gələn il mayın 31-dək davam edəcək. Həftədə 4 dəfə keçirilən hazırlıq məşğələlərinin əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müvafiq bilikləri əldə etməsidir. Bu qruplarda uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabilyyəti, eləcə də kommunikativ, oyun və digər bacarıqları inkişaf etdirilir. Məktəbəhazırlıq qruplarını bitirən uşaqlara sertifikat təqdim olunur.
 
Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilir.
 
Təşkil olunan mediatur zamanı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tahirquliyeva jurnalistlərə açıqlamasında məktəbə hazırlıq kurslarını inkişafından söz açıb: "2013-cü ildə prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası imzalanıb. Strateji hədəflərdən biri də məhz məktəbə hazırlıq göstərilmişdi. Bu məqsədlə 2014-cü ildə Təhsil Nazirliyi tərəfindən imzalanmış əmr əsasən 87 məktəbdə "məktəbəhazırlıq qrupları” bir pilot olaraq fəaliyyətə başlayıb. Bu tədris ilində isə bu qrupların sayı 136-a çatdırılıb. Bu qruplar həftə də 4 dəfə olaraq hər gün 3 dərs keçirilir. Bu dərslərdə əsasən uşaqların nitq qabiliyyəti, sosial adaptasiya prosesi və.b məsələlər öyrədilir. Əsasən məktəbə birinci siniflərə hazırlıq məqsədi daşıdığı üçün  tədris prosesinə başlayanda tədrisi qısa müddət ərzində mənimsəmələri üçün lazım olan bilik və bacarıqlar verilir.”
 
Bakı şəhəri, 5 nömrəli tam orta məktəbin direktoru Nərminə Gündüzlü ANN.Az-a açıqlamasında məktəbəhazırlıq qruplarında uşaqların sayında artım olduğu qeyd etdi: "Keçən tədris ilinin əvvəlində məktəbəhazırlıq qrupların da uşaqların 45 idisə, bu il uşaqların sayı 77-ə çatıb. Çünki keçən tədris ilin də bu məşğələlər də məşğul olan uşaqların nəticələri barədə məlumatlar valideynlərə məlumdur. Valideynlər də bu nəticələr barədə digər valideynlərə məlumat verirlər. Nəticə də bu kurslar haqqında məlumatı olanları sayı artır. Valideynlərdə bu cür inkişafı gördükdən sonra  başa düşürlər ki, məktəbəhazırlıq kursları uşaqlar üçün çox xeyirlidir. Praktik işlərimə əsaslanıb deyirəm ki, hər dəfə 15 sentyabrda məktəbə şagird qəbul edəndə uşaqlar arasında ağlayan, adaptasiya olunmayan uşaqlarla rastlaşırdıq. Artıq keçən tərdis ilində demək olar ki, bucür hallar yox dərəcəsində idi. Bunun səbəbi isə şagirlərin çoxu elə məktəbəhazırlıq kurslarından keçən uşaqlar təşkil edirdi. Sentyabr ayının 10 gününü uşaqların adapyasiyasına həsr olunursa, indi biz bunları hiss etmirik. Çünki artıq məktəbəhazırlıq qrupları bu işin öhdəsindən layiqincə gələ biliblər. Ən azından uşaqlar məktəbəhazırlıq kurslarından sonra  məktəb nədir?, məktəb anlayışı haqqında anlayışları olur.”
 
5 nömrəli tam orta məktəbin məktəbəhazırlıq müəlliməsi Əhmədova Bahar ANN.Az-a açıqlamasında artıq 14 ildir ki, müəllimlik sənəti ilə məşğul olduğunu bildirdi: "5 yaşlı uşaqların məktəbəhazırlıqları ilə 2 ildir məşğul oluram. Əgər uşaqlara qarşı sevgi, məhəbbət varsa, bu işdə çalışmağın heç bir çətinliyi olmaz. İlk öncə bu işdə insana səbr və hövsələ, daha sonra bilik, bacarıq lazımdır. Ancaq bu xüsusiyyətlərin hamısı insanda birləşdikdə vəhdət təşkil edir. Bu zaman uşaqlarla işləmək daha da rahat olur. Son illərdə daha çox uşaqların sayında da artım var. Lap əvvəllər uşaqların sayı indiki olduğu qədər deyildi. Hal - hazırda artım göz qarşısındadır.”
 
5 nömrəli tam orta məktəbin məktəbəhazırlıq müəlliməsi Abdullayeva Cəmilə ANN.Az-a açıqlamasında 1997-ci ildən bu sənətlə məşğul olduğunu dedi: "1997-ci ildən uşaqlarla işləyirik. Bu işin heç bir çətinliyi yoxdur. Yəni, işimizi sevə-sevə öyrənib çalışmışıq. Uşaqlara ibtidai sinif dərslikləri, riyaziyyat, ana dili, həyat bilgisi və başqa bu kimi fənlər barədə məlumat, informasiya veririk. Uşaqların ürəklə bizi dinləmələri, sevgi ilə yanaşmaları bizləri işimizdə daha da məhsuliyyətli olmağa çağırır.”
 
Valideyn Hacıyeva Leyla ANN.Az-a açıqlamasında məktəbəhazırlıq kursların uşaqlarının gələcək həyatında çox böyük rol oynadığını vurğuladı: "Böyük oğlum artıq beş ildir bu məktəbdə oxuyur. Digər övladım isə noyabrın 1-dən artıq məktəbə qədər hazırlığa gətirirəm. Bir valideyn olaraq buradakı məktəbəhazırlıq kursları bizi qane edir. Çünki bu hazırlıqların uşaqların həm zehni, həm məntiqi inkişafına çox müsbət təsiri var. Uşaqlarımızda sevə sevə bu hazırlıq kurslarına gəlirlər. Məktəbdə bunula yanaşı, çox bilikli müəllimələr də kursa cəlb edilib. Bu da valideyn olaraq bizləri çox sevindirir. ”
 
Xatırladaq ki, Təhsil Nazirliyi oktyabrın 21-də Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin tərkibində yaradılan Məktəblilərin Olimpiadalara Hazırlıq Mərkəzinə mediatur təşkil etmişdi.
 
Orxan Aslanlı
 
Fotolar müəllifindi






















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb