Fazil Məmmədovun təyyarəsi əlindən alındı

15:13 | 06.06.2018
Fazil Məmmədovun təyyarəsi əlindən alındı

Fazil Məmmədovun təyyarəsi əlindən alındı

Ötən ilin 5 dekabrında prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunan Fazil Məmmədovun vəziyyətinin ürəkaçan olmadığı deyilir.

Azfakt.com-un əldə etdiyi məlumata görə, sabiq nazirin "AtaBank"dan götürdüyü milyonlarla manat krediti ödəyə bilmədiyinə görə, təyyarəsi əlindən alınıb.

Qeyd edək ki, keçmiş nazirin "Qolfstrim” markalı model təyyarəsi var. Bu təyyarə bir vaxtlar Fazil Məmmədovun nəzarət etdiyi "AtaBank"dan ona verilən milyonlarla manat dəyərindəki kredit qarşılığında girov qoyulmuşdu. Nazir olduğu vaxt krediti vaxtında ödəyən Fazil Məmmədov işdən çıxarıldıqdan sonra ödənişləri etməyib.  

Sabiq nazirin təyyarəsinin 20-30 milyon manat dəyərində olduğu bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb