Fazil Mustafanın yeni kitabı çapdan çıxıb

19:13 | 13.02.2014
Fazil Mustafanın yeni kitabı çapdan çıxıb

Fazil Mustafanın yeni kitabı çapdan çıxıb

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın yeni kitabı çapdan çıxıb. APA-nın xəbərinə görə, “Zamanı tələsdirənlər” adlı kitab «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görüb. Kitabda Fazil Mustafanın 2013-cü ilin sonlarında dövri mə­t­bu­at­da və sosial şəbəkələrdə dərc olunmuş məqalələri yer alıb. Müəl­li­fin siyasi, dini, fəlsəfi düşüncələri, günün aktual prob­lem­lə­ri­nə baxışı, ayrı-ayrı opponentlərin iradlarına cavab yazıları oxucular üçün ma­raqlı ola­caq. Nuru Paşa və onun komandanlıq etdiyi Qafqaz İslam Ordusunun imanlı əsgərlərinin ruhuna ithaf olunan kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb