Federasiya basketbolda hicaba "Hə" dedi

15:23 | 17.09.2014
Federasiya basketbolda hicaba "Hə" dedi

Federasiya basketbolda hicaba "Hə" dedi

Beynəxalq Basketbol Federasiyası (FİBA) dini ayrı-seçkilik məsələlərinə son qoyaraq basketbol yarışlarında qadın idmançıların hicablı və türbanla çıxmasına icazə verdi.ANN.Az xəbər verir, bu barədə Beynəlxalq Basketbol Federasiyasının rəsmi internet səhifəsində xəbər yerləşdirilib. Açıqlamada deyilir ki, bu icazənin iki illik müddəti var. 2016-ci ilə Rio de Janerioda keçiriləcək olimpiada ərəfəsində bu qərarın qüvvədə qalıb-qalmamasına yenidən baxılacaq.FİBA qaydalarına görə, oyun zamanı idmançı başlıq, saç aksesuarları, zinət əşyaları geyinməyi qadağa edir, sadəcə 5 sm. ölçüsündə saç bandına icazə verilir.Basketbol yarışların qatılan müsəlman ölkələrinin oyunçuları dini ayrı-seçkiliklə bağlı federasiyaya şikayət etmiş, idmançıların baş örtüsü ilə meydana çıxması tələbini qoymuşdular. ABŞ Olimpiya Komitəsi, Hind hökumti bu tələbi dəstəkləmişdi.ANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb