“Formula-1” Bakını Mayamiyə dəyişir?

15:00 | 03.05.2018
“Formula-1” Bakını Mayamiyə dəyişir?

“Formula-1” Bakını Mayamiyə dəyişir?

"Formula-1” rəhbərliyi Azərbaycan Qran-Prisini Mayamidə keçirilməsi planlaşdırılan mərhələ ilə dəyişmək imkanını nəzərdən keçirir.

Anews.az-ın xəbərinə görə, "Formula-1” və Bakı arasındakı hazırkı müqavilə 2020-ci ildə başa çatır.

Bildirilir ki, Mayami küçələrindəki mərhələ "Formula-1” təqviminə 2019-cu ildə salına bilər. Şəhər şurası bu təklifi müsbət qiymətləndirib.

Lakin Mayami sakinləri bu təşəbbüsü bəyənməyiblər. Yarış zamanı yaranan səs-küy, həmçinin bitkilərin və yolların zədələnməsi onları qane etmir.

Hazırda "Formula-1” təqvimində ABŞ ərazisində bir mərhələ var. 2012-ci ildən etibarən yarışlar Texas ştatının Ostin şəhərində keçirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb