“Formula-1” ilə əlaqədar ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirildi

14:11 | 31.05.2016
“Formula-1” ilə əlaqədar ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirildi

“Formula-1” ilə əlaqədar ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirildi

Bu il Azərbaycanda keçiriləcək "Formula-1” yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.
 
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib.  Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu  qaydada davam etdiriləcək. Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb