Futbolda son illərin ən böyük qalmaqalı - VİDEO

13:20 | 15.10.2014
Futbolda son illərin ən böyük qalmaqalı - VİDEO

Futbolda son illərin ən böyük qalmaqalı - VİDEO

Avro-2006-nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya-Albaniya milli komandaları arasındakı matç futbolçular arasındakı dava-dalaş və tribunalardakı gərginlik səbəbindən təxirə salınıb. 

ANN.Az-ın "Gazeta.ru"ya istinadən xəbərinə görə, qarşılaşma zamanı baş verən hadisəyə səbəb provakativ bannerin meydança üzərində uçurulması olub. Belqrad və Tirana arasındakı münasibətlərin gərginliyi futbolda da öz sözünü deyib. İki ölkə arasındakı gərginliyə səbəb Albaniyanın Kosovanın 2008-ci ildə müstəqillik qazanmasındakı roludur. 

Matç zamanı Albaniya baş nazirinin qardaşı Edi Rama Olsini polis saxlayıb. Polis şöbəsində Olsi bildirib ki, onun ABŞ vətəndaşlığı var, ona heç kim ittiham ünvanlaya bilməz.

Olsi Rama Albaniyaya müstəqillik qazandıran ordunun bayrağını stadion üzərindəki uçuşunu təşkil etməkdə şübhəli bilinir. Serbiya yığmasının futbolçusu Stefan Mitroviç bayrağı cırmaq istəyəndə futbolçular arasında qarşıdurma baş verib, sonradan isə bu kütləvi dava-dalaşa səbəb olub və matçın təxirə salınması ilə nəticələnib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb