G7 Ukraynaya dəstək planı hazırlayacaq

17:32 | 10.05.2014
G7 Ukraynaya dəstək planı hazırlayacaq

G7 Ukraynaya dəstək planı hazırlayacaq

G7 ölkələri Rusiyanın qış mövsümündə qaz təchizatını dayandırmaqla, enerji daşıyıcılarından siyasi silah kimi istifadəsinin önlənməsi üçün Ukraynaya dəstək planı hazırlayacaq.

APA-nın “gordonua.com” saytına istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın energetika naziri Eda Deyvi bildirib ki, plan artıq növbəti aya hazır ola bilər.

 

Həmçinin məlumat verilir ki, G7 artıq Rusiyadan enerji asılılığını azaldan plan qəbul edib.

 

E. Deyvinin sözlərinə görə, Qərb ölkələri Kreml tərəfindən gözlənilən təhlükənin aradan qaldırılmasının vacibliyini anlayır.

 

G7-nin planları sırasında maye qazdan istifadə üçün terminalların inşası, boru kəmərləri şəbəkəsinin genişləndirilməsi, həmçinin ABŞ tərəfindən şist qazının ixracına qoyulan məhdudiyyətin aradan qaldırılması daxildir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb