Gələn il "Abşeron" yatağında ilk quyunun qazılmasına başlanacaq

21:30 | 16.09.2016
Gələn il

Gələn il "Abşeron" yatağında ilk quyunun qazılmasına başlanacaq

Gələn ilin ortasında Fransanın "Total" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında ilk quyunun qazılmasına başlaya bilər.

"Report" xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında İşlənmə Proqramı üzrə işlər görüldüyünü bildirib.

"Yeni nəsil qazma qurğusu gələn ilin ortasında "Abşeron" yatağında ilk quyunun qazılmasına cəlb ediləcək. Hazırda "Total" şirkəti yatağın İşlənmə Proqramını hazırlayır və noyabrın əvvəlində SOCAR-a təqdim etməyi planlaşdırır", - deyə SOCAR prezidenti qeyd edib.

Qeyd edək ki, "Abşeron" yatağında ilk qazın hasilatına 2019-cu ilin III-IV rübündə başlanması planlaşdırılır, 2017-ci ilin sonuncu rübündə isə ilkin hasilatla bağlı plan üzrə yekun investisiya qərarının verilməsi nəzərdə tutulur.

"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın sahəsi 260 kv. km təşkil edir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" layihəsində "Total" (operator, 40%), SOCAR (40%) və "Engie" (əvvəlki "Gaz de France Suez", 20%) iştirak edir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb