Gələn il büdcə xərclərinin 10%-i xarici borcların ödənilməsinə yönəldiləcək

20:40 | 27.12.2016
Gələn il büdcə xərclərinin 10%-i xarici borcların ödənilməsinə yönəldiləcək

Gələn il büdcə xərclərinin 10%-i xarici borcların ödənilməsinə yönəldiləcək

Gələn il dövlət büdcəsindən ümumi büdcənin 9,72%-i dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinə aid ediləcək.

ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanunda deyilir.

Məlumata görə, 2017-ci ilin büdcəsindən Maliyyə Nazirliyinə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı 1 641 799 723 manat vəsait ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsində gəlirlər 16 255 mln. manat, büdcə xərcləri isə 16,9 mln. manat nəzərdə tutulub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb