Gənc Tamaşaçılar Teatrında xeyriyyə aksiyası - FOTOLAR

17:50 | 07.05.2016
Gənc Tamaşaçılar Teatrında xeyriyyə aksiyası - FOTOLAR

Gənc Tamaşaçılar Teatrında xeyriyyə aksiyası - FOTOLAR

Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 83-cü ildönümü münasibəti ilə  Azərbaycan Dövlət Gənc  Tamaşaçılar  Teatrında  xeyriyyə aksiyası keçirilib.

Teatr məşhur Avstriya dramaturqu  A.Lindqrenin "Balaca və damda yaşayan Karlson” tamaşasını aztəminatlı və imkansız ailələrin uşaqları üçün pulsuz nümayiş etdirib. Tamaşada Nərimanov, Yasamal, Sabunçu, Suraxanı və Xətai rayon məktəblərində təhsil  alan aztəminatlı ailələrin uşaqları və valideynləri iştirak ediblər. Tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko (Ukrayna), quruluşçu rəssamı Yelena Karpenko (Ukrayna),  baletmeyster Yekaterina Moreva (Ukrayna), tryukların quruluşu İsa Əsədova məxsusdur. Əsas rollarda Əməkdar Artist Nəsibə Eldarova, aktyorlar Vüsal Mehrəliyev, Anar Seyfullayev, Vahid Orucoğlu, Asya Atakişiyeva, Müşfiq Əliyev, Mehriban Hüseynova və başqaları çıxış ediblər.
 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb