Gəncədə yeni sənaye parkının salınması planlaşdırılır

16:53 | 18.12.2015
Gəncədə yeni sənaye parkının salınması planlaşdırılır

Gəncədə yeni sənaye parkının salınması planlaşdırılır

Bugünədək sənaye parklarının salınması üçün ümumilikdə 1 mlrd. vəsait ayrılıb

Qarşıdakı 3 ildə Gəncə şəhərində yeni sənaye parkının salınması planlaşdırılır. 

"Report” xəbər verir ki, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli bildirib.

Şöbə müdirinin sözlərinə görə, bugünədək sənaye parklarının salınması üçün ümumilikdə 1 mlrd. vəsait ayrılıb: "İlk olaraq sənaye parklaSumqayıt və Balaxanıda təhvil verilib. Bu il isə Qaradağ və Mingəçevirdə təhvil verilib. Qaradağ sənaye parkında rezident kimi gəmiqayırma, Mingəçevir sənaye parkında isə yüngül sənaye məhsulları götürülüb”.

S.Bəşirli qeyd edib ki, Gəncə şəhərində də sənaye parkının salınması nəzərdə tutulub: "Bunun üçün prezidentin göstərişi olmalıdır. Ərazinin ayrılması üçün tapşırıq verilməlidir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb