Gömrükdə əməliyyat: 23 mindən artıq qaçaqmal siqaret aşkarlandı

13:10 | 24.09.2016
Gömrükdə əməliyyat: 23 mindən artıq qaçaqmal siqaret aşkarlandı

Gömrükdə əməliyyat: 23 mindən artıq qaçaqmal siqaret aşkarlandı

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən "Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən bildirilib. 

Məlumata görə, yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 2 adda 10350 ədəd siqaret aşkar edilərək götürülüb.

"Xanoba” gömrük postunda Rusiyaistiqamətindən ölkəyə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik nəqliyyat vasitəsindən isə 13000 ədəd siqaret aşkar olunub. Siqaretlər avtomobilin salonunda və yük yerində gömrük nəzarətindən gizlədilmiş şəkildə yerləşdirilsə də gömrükçülərin diqqətindən yayınmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb