"Google" xəbərdarlıq edir

21:25 | 22.12.2014

"Google" xəbərdarlıq edir

"Google Chrome” brauzerinin təhlükəsizliklə məşğul olan tərtibatçıları internet istifadəçilərini qorumaq üçün kəskin addım atmağa hazırlaşırlar. Artıq növbəti ildən "Chrome” brauzeri şifrləmədən istifadə etməyən istənilən saytın təhlükəsi haqda istifadəçilərə xəbərdarlıq edəcək.
 
Beləliklə, "https://” (şifrlənmiş sayt) əvəzinə "http://” ilə başlanan (resursların əksəriyyətində istifadə olunan adi internet protokolu)  istənilən internet ünvanını açdıqda istifadəçi göndərilən məlumatların qorunmadığı haqda xəbərdarlıq alacaq.
 
ANN.Az "ICTnews"a istinadən xəbər verir ki, "Google” bütün saytları əsas seçim kimi "HTTPS” şifrlənmə protokolundan istifadəyə  keçidə inandırmaq istədiyini gizlətmir. Cari ilin yayında axtarış sistemi öz axtarış sistemində şifrlənmiş səhifələrin "nüfuzunu” artırmağa başlayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb