Gürcüstanda caz festivalı keçirilir

09:22 | 18.07.2014
Gürcüstanda caz festivalı keçirilir

Gürcüstanda caz festivalı keçirilir

Gürcüstan paytaxtında Qafqaz caz festivalı başlayıb.APA-nın Gürcüstan bürosunun məlumatına görə, festivalda Azərbaycanı musiqiçilərdən Elbəy Məmmədzadə, Elcan Cəbrayılov, art-direktor Səbinə Cüməzadə və musiqi tənqidçisi Turan Məmmədəliyev təmsil edir.Məlumata görə, üç gün davam edəcək tədbir çərçivəsində konsertlər və diskussiyalar keçiriləcək, ustad dərsləri nümayiş olunacaq. Festivalda Cənubi Qafqaz ölkələri və Polşadan gələn musiqiçilər iştirak edir.Festival çərçivəsində eyni zamanda “Cənubi Qafqazda caz və onun problemlərinin axtarışı”, “Cənubi Qafqaz ölkələrində cazın tarixi” mövzularında dəyirmi masa keçiriləcək.Xatırladaq ki, Gürcüstan paytaxtında caz festivalı 2010-cu ildən keçirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM