Görkəmli rejissorun filmi "Qızıl qartal"a sahib oldu - FOTOLAR

17:45 | 24.01.2015
Görkəmli rejissorun filmi

Görkəmli rejissorun filmi "Qızıl qartal"a sahib oldu - FOTOLAR

Bu münasibətlə Mosfilm Kinostudiyasında təqdimat mərasimi keçirilib

Görkəmli rejissor, istedadlı aktyor, Rusiyanın xalq artisti, "Oskar" mükafatı laureatı Nikita Mixalkovun ekranlaşdırdığı "Günvurma" bədii filmi "Qızıl qartal" kino nominasiyasının "Ən yaxşı film" kateqoriyasında birinci yerin qalibi olub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, filmin mükafatlandırma mərasimi "Mosfilm" Kinostudiyasında keçirilib.

Filmin dünya premyerası oktyabrın 3-də Belqradda, MDB məkanında ilk premyerası isə Krımda keçirilib. "Günvurma" bədii filmində gənc aktyor və aktrisalar rol alıb. Nikita Mixalkov filmdə maraqlı obraz yaradıb.
 
 
"Günvurma" filminin ideyası Nikita Mixalkova aid olsa da, əsər İvan Buninin hekayəsinin motivləri əsasında yaranıb. 1980-ci ildən bu filmi çəkmək ideyasının olduğunu deyən rejissor Nikita Mixalkov bu arzusunu reallaşdırmağa 2010-cu ildə başlayıb. Filmin ssenarisi iki ilə yazılıb. 2012-ci ildən isə filmin çəkilişlərinə başlanılıb.

Ekran əsərinin natura çəkilişləri Odessada aparılıb.

"Bu filmi çəkmək üçün 37 ildir yol gəlirəm. O zamanlar heç ağlıma gəlməzdi ki, bir gün gələcək bu film indiki dövrlə səsləşəcək. Filmi Odessada çəkməyə başladım. Amma iki il əvvəlki Odessa bu gün yoxdur. Hər şey tez dəyişir", - Nikita Mixalkov deyib.

Rejissor bu filmə görə ona mükafat təqdim edənlərə təşəkkürünü bildirib və əlavə edib ki, mükafata layiq olan filmlər çox idi. Nikita Mixalkov filmin Moskva kinoteatrlarında nümayiş ediləcəyini deyib. Film kinoteatrlarda nümayiş edildikdən sonra televiziya ekranlarında tamaşaçılara təqdim olunacaq. Nikita Mixalkov bu yolla filmin məşhurlaşacağını deyib.

"Qızıl qartal" kinonominasiyasında 2014-cü ilin ən yaxşı aktyoru titulunu Aleksandr Zbruyev və Yelena Lyadova qazanıb.

"Ən yaxşı rejissor" nominasiyasında Andrey Zvyagintsev qalib olub.

"Rusiya kinematoqrafına ən dəyərli töhvə" nominasiyasının qalibi isə rejissor Stanislav Qovoruxin olub.



ANN.Az
 
 





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb