GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar

17:26 | 11.11.2015
GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar

GTT məktəblilərin payız tətili günlərinə maraqlı tamaşalar vəd edir - Fotolar


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı hər il olduğu kimi bu il də məktəblilərin tətil günlərində bir-birindən maraqlı tamaşalarla onların görüşünə gələcək.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, payız tətili ərəfəsində və tətil günlərində teatr orta məktəblərdə tədris olunan klassik və müasir dramaturgiya nümunələrinə geniş yer verib.
 
Belə ki, noyabr ayının 11-dən – 22-dək teatrda hər gün olmaqla məktəblilər üçün "Hekayəti xırs quldurbasan” (M.F.Axundzadə),  "Dəcəl keçi” (P.Nurəliyeva),  "Çəkməli pişik” (Ş.Perro),  "Çirkin ördək balası” (H.K.Andersen), "Qoğalın nağılı” (Xalq nağılı),  "Biri vardı, biri yox”  (Ə.Ol), "Qaraca qız” (S.S.Axundov, A.Şaiq),  "Danışan gəlincik” (A.Şaiq), "Balaca və damda yaşayan Karlson” (A.Lindqren) tamaşalarını təqdim edəcək.
 
Teatr eyni zamanda ali məktəb tələbələrini və axşam tamaşalarının daimi tamaşaçılarını da yaddan çıxarmayacaq.
 
Axşam tamaşaçıları bu ərəfədə "Ağ ölüm” (V.Siqarev), "Hasarın o üzü” (Ə.Əmirli), "Romeo və Culyetta” (U.Şekspir), "Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev) kimi maraqlı tamaşaları seyr edə biləcəklər.
 
Maraqlı səhnə tərtibatı və geyimləri, peşəkar rejissor yozumu və aktyor ifası ilə seçilən Dövlət Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi tamaşalara bütün məktəbliləri,  azyaşlı və axşam tamaşalarının həvəskarlarını gözləyirik.
 



































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM