GTT-nin aktyoru dünyaşöhrətli rejissorun yubileyində iştirak etdi - Fotolar

23:32 | 21.01.2016
GTT-nin aktyoru dünyaşöhrətli rejissorun yubileyində iştirak etdi - Fotolar

GTT-nin aktyoru dünyaşöhrətli rejissorun yubileyində iştirak etdi - Fotolar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq Artisti Tariyel Qasımov Özbəkistan Dövlət Mükafatı laureatı, SSR Xalq Artisti, kinorejissor Şöhrət Abbasovun 85 illik yubiley mərasimində iştirak edib.
 
Aktyorumuz yanvar ayının 18-də Moskva şəhərində Mərkəzi Kino evinin böyük zalında baş tutmuş yubiley mərasimində xüsusi qonaq qismində iştirak edib. Kinorejissorun özbək şairi Niyazi Həmzəyə həsr etdiyi 17 seriyalı "Odlu yollarla” tarixi televiziya filmində çəkilən Tariyel Qasımov çıxışında film haqqında təəssüratlarını bölüşərək kinorejissora yeni yaşında daha böyük yaradıcılıq uğurları arzu edib.
 
Mərasimdə yubilyarın dostları, teatr və kino aktyorları, RF-in Xalq Artistləri İ.Kobzon, A.Konçalovski, V.Talızina, Q.Volçek, L.Prıqunov, Ş.İrqaşev, A.Xamrayev, İ.İşmuhammedova, Əməkdar Artistlər N.Varley, N.Arinbasarova, müğənni Aziza, N.Nurmuhammedova, Üç-kuduk musiqi qrupu və başqaları çıxışlar ediblər.
 
Məlumat üçün bildirək ki, yubiley mərasimi Rusiya Federasiyası Kinomatoqrafçılar İttifaqı, Kinomatoqrafçılar İttifaqının kino aktyorları gildiyası, İttifaqın Beynəlxalq şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib.
 








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb