(Mirzoyanın fikirləri əlavə edilib)
Gürcüstan İrəvan və Bakının dövlət sərhədinin delimitasiyası prosesinə başlamaqla bağlı tarixi qərarını alqışlayır və ümid edir ki, respublikalar arasında sülh prosesi müsbət dinamikanı qoruyub saxlayacaq. Bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Tbilisidə erməni həmkarı Ararat Mirzoyan ilə birgə keçirdiyi brifinqdə bildirib.
"Gürcüstan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasını qətiyyətlə dəstəkləyir və sülhün və sabitliyin qorunması üçün konstruktiv dialoqun təşviqinə töhfə verməyə hazırdır”, - Darçiaşvili bildirib.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionda davamlı sülhün qorunması və bərqərar olması üçün tarixi hadisə olacaq, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcü həmkarı İliya Darçiaşvili ilə danışıqlar zamanı bildirib.
"Bildirim ki, bir ay intensiv işləsək, bu prosesi başa çatdıra və Azərbaycanla bu mühüm müqaviləni imzalaya bilərik. Mən həmçinin regionda inkişaf və sabitlik baxımından infrastruktur və kommunikasiyaların tam açılmasının vacibliyini müzakirə etmək istərdim.
Biz konstruktiv şəkildə Ermənistan və Azərbaycan arasında infrastruktur və nəqliyyat kommunikasiyalarının tam blokdan çıxarılmasına tərəfdarıq. Bu, təkcə Ermənistan üçün deyil, həm də regionun digər ölkələri üçün iqtisadi baxımdan sərfəlidir”, - Mirzoyan qeyd edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !