Hacıbala Abutalıbovun yerinə təyinat… – Keçmiş nazir də iddialıdır

01:52 | 23.05.2018
Hacıbala Abutalıbovun yerinə təyinat… – Keçmiş nazir də iddialıdır

Hacıbala Abutalıbovun yerinə təyinat… – Keçmiş nazir də iddialıdır

Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat ola bilər.

Bu barədə  Nazirlər Kabinetindəki məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, Abutalıbovun yerinə heç də proqnoz edildiyi və son dövrlərin siyasətinə şevrildiyi kimi gənc kadr gətirilməyəcək.

Mənbənin söylədikləri: "Bir neçə fiqurun təhlili gedir. Hətta maraqlıdır ki, sabiq nazirlərdən biri də bu posta iddialı kimi çıxış edib. Onun adı açıqlanmır. Lakin qərar bu gün və yaxud da 1-2 günə veriləcək”.

Xatırladaq ki, bu vaxta qədər bir neçə rayonun rəhbərinin BŞİH-ə şef gətiriləcəyi haqda müxtəlif iddialar səsləndirlib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb