Hadisə yerini təmizləyərkən oğlunun meyitini gördü - AİLƏ FACİƏSİ - FOTO

23:43 | 09.12.2019
Hadisə yerini təmizləyərkən oğlunun meyitini gördü - AİLƏ FACİƏSİ - FOTO

Hadisə yerini təmizləyərkən oğlunun meyitini gördü - AİLƏ FACİƏSİ - FOTO

Türkiyədə bələdiyyə işçisi baş vermiş ağır yol qəzasından sonra hadisə yerini təmizləyərkən oğlunun meyiti ilə qarşılaşıb.
Anews.az xəbər verir ki, Kütahya-Afyon yolunun 3-cü kilometrliyində minik avtomobilinin əvvəlcə beton maneəyə, sonra isə ağaca çırpılması nəticəsində 3 nəfər həlak olub. Hadisədən dərhal sonra polis bələdiyyəni olay yerini təmizləməyə dəvət edib. Bu zaman Enver Harman adlı işçi elektrik mişarı ilə qırılmış ağacı kəsib, ərazidəki budaqları yığışdırılıb. Lakin onun üstünün örtüldüyü meyitlərdən birinin oğluna məxsus olmasından xəbəri olmayıb.
Hadisə yerinə gələn tibbi xidmət maşınına meyitlər qoyularkən E.Harman oğlu Muhammedi görüb. Sarsıntı keçirən atanı çətinliklə sakitləşdirmək mümkün olub.

Məlum olub ki, 1 həftə əvvəl işdən çıxarılan Muhammed Harman yenidən iş axtarırmış. (publika.az)
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM