Haitidə baş nazirin istefası tələb edilir

13:00 | 12.09.2021
Haitidə baş nazirin istefası tələb edilir

Haitidə baş nazirin istefası tələb edilir

Haiti Vətəndaşlarının Müdafiəsi Təşkilatı prezident Jovenel Moizin öldürülməsi ilə əlaqədar sorğuya çağırıldıqdan sonra baş nazir Ariel Anrinin istefasını tələb edib.

Bu barədə "Report” "TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, "Digicel” mobil operatoru prezidentin qatillərindən biri Feliks Badiounun baş nazirlə əlaqə saxladığını təsdiq edib.

Təşkilat həmçinin, beynəlxalq ictimaiyyəti Anrini dəstəkləməməyə çağırıb. Bildirilib ki, sorğuya çağırılan Anri artıq cinayət şübhəlilərindən biri olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb