“Həkimlər o qədər dərman verdilər ki....” - İlyas Tapdıq şikayətçidir

12:38 | 16.05.2014
“Həkimlər o qədər dərman verdilər ki....” - İlyas Tapdıq şikayətçidir

“Həkimlər o qədər dərman verdilər ki....” - İlyas Tapdıq şikayətçidir

“İki aydır ki, ağır xəstəyəm, yataqdan qalxa bilmirəm”. 
Bunu AzNews.az-a şair İlyas Tapdıq deyib. Onun sözlərinə görə, xəstələnməsinə səbəb həddən artıq dərman qəbul etməsi olub: “Mən bir az bundan əvvəl xəstələndim. Xəstəxanada yatanda həkimlər mənə o qədər dərman verdilər ki, bu da sonda səhhətimdə problem yaratdı. Dərmanlar başqa orqanları da vurub sıradan çıxardı. Bax beləcə... yaş da ötüb. 80-dan sonra heç nə düzəlmir. Yaş işini görüb”. 
İ.Tapdıq deyib ki, sağ olsun ədəbi mühitin nümayəndələri, onlar şairi bir gün belə yalnız buraxmır: “Gəlirlər, maraqlanırlar. Amma nə yaxşı ki, Şəbnəm varmış. Mənə əsasən o baxır”. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb