Hərbçi ilə məktəblinin avtomobili toqquşdu: yaralılar var

10:20 | 18.11.2013
Hərbçi ilə məktəblinin avtomobili toqquşdu: yaralılar var

Hərbçi ilə məktəblinin avtomobili toqquşdu: yaralılar var

Samux rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Alıuşağı kəndində baş verib. Gəncə şəhər sakini, “N” saylı hərbi hissədə qulluq edən, 30 yaşlı Əliyev Namiq Gülşad oğlunun idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə, Alıuşağı kənd sakini, kənd orta məktəbin 11-ci sinif şagirdi, 16 yaşlı Hüseynzadə Hüseyn Fizuli oğlunun idarə etdiyi “VAZ 21099" markalı avtomobillə toqquşub. Hadisə zamanı “VAZ 21099" də olan sərnişinlər, məktəblilər, 16 yaşlı Nağıyev RöyalRamil oğlu, Əliyev Şahmalı Amin oğlu və 17 yaşlı Əliyev Mehman Müşviq oğlu müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin araşdırmaya əsasən, qəzaya yüksək sürətin səbəb olub. Polis Şöbəsindən bildirilib ki, 16 yaşlı məktəbli atasına məxsus “VAZ 21099” markalı avtomobili icazəsiz idarə edirmiş.Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb