Hüseyn Dərya Tərtərdə dəfn olunacaq

14:13 | 15.03.2014
Hüseyn Dərya Tərtərdə dəfn olunacaq

Hüseyn Dərya Tərtərdə dəfn olunacaq

Reperin atasının məzarının yanında torpağa tapşırılacağı deyilirHadisə  Ötən axşam qəzaya uğrayaraq 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən, lakin bu gün səhər saatlarında dünyasını dəyişən reper Hüseyn Dərya Tərtərdə dəfn ediləcək. ANS PRESS-in xəstəxanada olan müxbirinin verdiyi məlumata görə, dəfn mərasimi sabah baş tutacaq. Onun atasının məzarının yanında dəfn ediləcəyi deyilir. Mərhumla vida mərasimi isə bu gün Qaraçuxur qəsəbəsindəki evində olacaq. ANS PRESS-in məlumatına görə, artıq mərhumun yaxınları xəstəxanaya toplaşıblar. Onların arasında H.Dəryanın iki həyat yoldaşı, bacısı, qayınanası, hətta oğlu da var. Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi “Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb