“Huawei” Rusiya ilə razılaşdı

09:09 | 07.06.2019
ABŞ-ın qara siyahıya saldığı Çin nəhəngi "Huawei” 5G texnologiyasının inkişafı üçün Rusiyanın telekommunikasiya şirkəti MTS ilə razılığa gəlib.

Axar.az xəbər verir ki, anlaşmada Rusiyada 5G texnologiyalarının yaradılması və 2020-ci ilə qədər buna uyğun şəbəkələrin qurulması nəzərdə tutulub.

Razılaşma Çin Prezidenti Si Szinpinin Rusiyaya 3 günlük səfəri çərçivəsində imzalanıb.

ABŞ-ın hədəf aldığı, Avstraliya və Yeni Zelandiya kimi nəhəng ölkələrin "Huawei” cihazlarından imtina etdiyi bir dövrdə Rusiya ilə əldə edilən bu razılığın şirkətə "ikinci nəfəs” verəcəyi ehtimal edilir.



www.anews.az
loading...

Xəbər lenti